Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqladı | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiya paketini elan edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Leyen sosial media hesabında Rusiyaya qarşı hazırladıqları 10-cu sanksiya paketi təklifinin təfərrüatları ilə bağlı video yayımlayıb.

"Əvvəla, Rusiya iqtisadiyyatını kritik texnologiya və sənaye məhsullarından məhrum etmək üçün 11 milyard avrodan çox ixrac qadağası təklif edirik", deyə Fon der Leyen bildirib.

Yeni sanksiyaların Rusiyanın ehtiyac duyduğu və Çin kimi digər ölkələrdən ala bilmədiyi bir çox sənaye məhsullarını əhatə etdiyini vurğulayan sədr elektronika, xüsusi nəqliyyat vasitələri, maşın və mühərrik hissələri, yük maşınları və reaktiv mühərriklər üçün ehtiyat hissələri ilə yanaşı, tikinti sənayesinin Rusiya ordusuna yönəldə biləcəyi antena və ya kran kimi məhsulların hədəf alındığını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Fon der Leyen əlavə edib ki, 10-cu sanksiya paketini müharibənin ildönümü olan 24 fevrala qədər həyata keçirməyi hədəfləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et