Avropa İttifaqı Rusiya üçün viza qaydalarını sərtləşdirəcək | Banco.az

Avropa İttifaqı Rusiya üçün viza qaydalarını sərtləşdirəcək

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi sazişini ləğv etdikdən sonra daha yüksək rüsumların və daha sərt qaydaların tətbiq ediləcəyi yeni sistem formalaşdırmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Komissiyasının Daxili İşlər üzrə Komissarı İlva Yohansson Aİ-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırması ilə bağlı mətbuat konfransı keçirib.

“Əlbəttə, Aİ-də turist olmaq fundamental hüquq deyil”, deyən Yohansson bildirib ki, Komissiya bugün Rusiya ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi sazişinin tamamilə dayandırılması təklifini qəbul edib.

"Bu dayandırma o deməkdir ki, Rusiya vətəndaşları artıq Aİ-yə imtiyazlı girişdən istifadə etməyəcəklər. Məsələn, onlar ən azı iki dəfə bahalı, daha çətin viza müraciət prosesindən keçməli olacaq və çoxdəfəlik giriş vizası üçün daha çox məhdudiyyətlə üzləşəcəklər", - Yohansson vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Komissiyanın Ukraynanın işğal olunmuş bölgələrində verilən Rusiya pasportlarının tanınmaması ilə bağlı təklifi də qəbul etdiyini ifadə edən Yohansson qərarın üzv dövlətlər arasında daha sürətli və koordinasiyalı şəkildə icrasını təmin etmək üçün təlimat hazırlayanacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et