Avropa İttifaqı Rusiya neftinin idxalını azaldıb | Banco.az

Avropa İttifaqı Rusiya neftinin idxalını azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Mart ayında Rusiya neft və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi ilə (15,2 milyon ton) müqayisədə 1,4 milyon tona qədər azalıb.

Banco.az xəbər verir ki, Rusiya neftinin idxalının azalmasına səbəb Aİ-nin Rusiyaya qarşı 2022-ci ilin iyununda qəbul edilmiş altıncı sanksiyalar paketi olub. Aİ 2022-ci il dekabrın 5-dən etibarən Rusiya tanker neftinin alınmasını, 2023-cü il fevralın 5-dən isə Rusiya neft məhsullarının idxalını qadağan edib.

Qeyd edək ki, 2023-cü ilin mart ayında xam neftin ümumi idxalı 1,17 milyon ton, neft məhsulları isə 0,3 milyon ton təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram