Avropa İttifaqı qaz birjalarına müdaxilə edəcək | Banco.az

Avropa İttifaqı qaz birjalarına müdaxilə edəcək

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyası Avropa təbii qaz birjalarında fövqəladə hallarda qiymətlərin məhdudlaşdırılması mexanizminin yaradılmasını təklif edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Leyen Avropada enerji böhranı üçün hazırladıqları yeni tədbirləri ehtiva edən paketlə bağlı Strasburqda mətbuata açıqlama verib.

Aİ ölkələrinin enerji böhranına qarşı birlikdə hərəkət etməsinin vacib olduğunu deyən Fon der Leyen, "Bu təkliflə biz bugün birgə qaz alışını fəaliyyətə halına gətiririk", deyə bildirib.

Paketdəki digər müddəanın da qaz qiymətləri ilə bağlı olduğuna diqqət çəkən sədr, "Biz Avropanın TTF adlanan əsas qaz birjasında qeyri-sabitliyi və həddindən artıq qiymət artımını tənzimləməliyik", deyə vurğulayıb.

Fon der Leyen qaz qiymətlərinin elektrik enerjisi qiymətlərinə təsirinin məhdudlaşdırılmasının Aİ daxilində dəyərləndirilməyə layiq olduğunu, bu məsələni qiymətləndirdiklərini və məlumatları araşdırdıqlarını söyləyib.

Qeyd edək ki, sözügedən paketin qüvvəyə minməsi üçün Aİ-yə üzv dövlətlərin təsdiqi tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram