Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib | Banco.az

Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) İrana qarşı növbəti sanksiyalarını açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında İrana qarşı sanksiyalar siyahısının genişləndirilməsi barədə qərar qəbul edib.

Sözügedən sanksiyalara səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və İranın fiziki və hüquqi şəxslərinin maliyyələşdirilməsinə qadağa daxildir. Bundan əlavə, ölkədə təzyiq vasitəsi kimi istifadə oluna biləcək avadanlıq və monitorinq cihazlarının İrana satışı da sanksiyalar çərçivəsindədir.

Sonuncu qərarla birlikdə Aİ-nin İrana qarşı insan haqlarının pozulması səbəbiylə tətbiq etdiyi sanksiya siyahısında yer alan şəxslərin sayı 126-ya, təşkilatların sayı isə 11-ə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram