Avropa İttifaqı immiqrasiya üçün 15 milyard avro vəsait ayıracaq | Banco.az

Avropa İttifaqı immiqrasiya üçün 15 milyard avro vəsait ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) immiqrasiya siyasətlərinin icrası üçün 15 milyard avro ayıracaq.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin qaçqınlara yardım göstərmək və üçüncü ölkələrlə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün immiqrasiya siyasətlərinə 15 milyard avro (16,39 milyard dollar) büdcə ayıracağını açıqlayıb.

O, bu barədə Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, sözügedən büdcə üçüncü ölkələrlə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, Yaxın Şərqdəki qaçqınlara yardım göstərmək, humanitar böhranlara cavab vermək və digər məsələlərə sərf olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram