Avropa İttifaqı da tənəzzüllə bağlı xəbərdarlıq edib | Banco.az

Avropa İttifaqı da tənəzzüllə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Avrozonanın gələn il üçün artım proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının Brüsseldəki rəsmiləri Avrozonanın 2023-cü il üçün artım proqnozunu 1,4 faizdən 0,3 faizə endirib. Cari il üzrə proqnoz isə 3,2 faizə qaldırılıb.

Komissiya 2022-ci il üzrə inflyasiya proqnozunu 7,6 faizdən 8,5 faizə, 2023-cü il üzrə isə 4 faizdən 6,1 faizə çatdırıb. 

Verilən bəyanatda, “Qiymət artımlarına görə ilin sonunda iflyasiyanın pik həddi müşahidə oluna bilər”, deyə bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avrozonada inflyasiya oktyabrda 10,7 faizlə rekord həddə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et