Avropa İttifaqı çirkli pulların yuyulması ilə mübarizə üçün yeni qurum yaradacaq | Banco.az

Avropa İttifaqı çirkli pulların yuyulması ilə mübarizə üçün yeni qurum yaradacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün yeni qurum yaradacaq.

Banco.az xəbər verir ki, Avropa Şurası çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəni gücləndirmək məqsədi daşıyan üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən tənzimləmə ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Razılığa əsasən, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün yeni Avropa institutu yaradılacaq. Bu institut maliyyə sektorunda öhdəliyi olan qurumlar üzərində birbaşa və dolayı nəzarət səlahiyyətinə malik olacaq.

Yeni qurum öhdəliyi olan subyektlərin qanunvericiliyə əməl etməsini təmin etmək üçün milli nəzarətçilərlə inteqrasiya edilmiş mexanizm yaratmaqla çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsinin effektivliyini artıracaq.

Maliyyədən başqa sektorlarda da köməkçi rol oynayacaq və üzv ölkələrdə maliyyə kəşfiyyatı bölmələrini koordinasiya edəcək qurum ciddi, sistemli və ya təkrarlanan qayda pozuntuları halında cərimələr tətbiq edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Tənzimləmə üzv dövlətlərin və AP-nin rəsmi təsdiqindən sonra Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, qurumun harada yaradılacağı ilə bağlı qərar hələ qəbul edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et