Avropa İttifaqı Çindən gələnlərdən Kovid testi tələb etməyəcək | Banco.az

Avropa İttifaqı Çindən gələnlərdən Kovid testi tələb etməyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələrinə səfər edən Çinli sərnişinlərdən Kovid-19 testi tələb edilməyəcək.

Banco.az xəbər verir ki, Çində yoluxma sayının kəskin artmasından sonra ABŞ, Yaponiya və Hindistan kimi bəzi ölkələrin bu ölkədən səfər edənlərdən girişdə Kovid-19 testinin tələb edilməsinə dair qərarının ardınca Aİ ölkələrinin səhiyyə rəsmiləri də məsələni müzakirə etmək üçün görüş keçirib.

İclasda Aİ ölkələrinin səyahət qaydaları ilə bağlı ortaq mövqe üçün danışıqları davam etdirməsi qərara alınıb. Görüşün sonunda verilən açıqlamada isə "Birgə hərəkət etməli və danışıqlarımızı davam etdirməliyik", fikri vurğulanıb.

Xatırladaq ki, Aİ ölkələrindən biri olan İtaliya Çindən gələnlər üçün Kovid testini məcburi etmiş və bunun İttifaq daxilində yekdilliklə tətbiq edilməsini tələb etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et