Avropa İttifaqı Belarusun 3 bankını SWIFT-dən ayırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa İttifaqı Belarusun 3 bankını SWIFT-dən ayırır

Avropa İttifaqı (Aİ) ölkələri Belarusa qarşı maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, qərara əsasən, Belarusun üç iri bankı (Belaqroprombank, "Dabrabıt Bank" və Belarus İnkişaf Bankı) SWIFT sistemindən ayrılır.

Bundan başqa, Belarus Mərkəzi Bankı ilə transaksiyalar, Belarusa avro əskinaslarının satışı, eləcə də Belarus vətəndaşlarından 100 min avrodan çox məbləğdə depozit qəbulu qadağan olunur.

Qadağaların bu gündən etibarən qüvvəyə minməsi gözlənilir.

Belarusa qarşı sanksiyalar bu ölkənin Rusiyanın Ukraynada hərbi əməliyyatlarına dəstək göstərməsi ilə əlaqədar tətbiq edilib.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram