Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Avropada elektrik akkumulyatorlu və plug-in hibrid avtomobil satışları illik müqayisədə müvafiq olaraq 10,8 faiz və 14,1 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları iyul ayında ötən ilin eyni ayına görə 0,2 faiz artıb.
Artım sürəti Fransa və Almaniya bazarlarındakı eniş səbəbiylə əvvəlki ayla müqayisədə zəifləyib.
İyul ayında elektrik akkumulyatoru və plug-in hibrid avtomobil satışları illik müvafiq olaraq 10,8 faiz və 14,1 faiz azaldığı halda, hibrid-elektrik avtomobil satışları 25,7 faiz artıb.
Elektriklə işləyən avtomobil satışı isə bazar payını itirməyə davam edib.
Avropa İttifaqında (AB) yeni avtomobil satışları İtaliya, Almaniya və İspaniya bazarlarının liderlik etdiyi iyun ayında ötən ilin eyni ayı ilə müqayisədə 4,3 faiz artaraq 2019-cu ilin iyul ayından bu yana ən yüksək səviyyəyə çatıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Belçika, Hollandiya və Fransada elektrikli avtomobil (EV) bazarlarında irəliləyişlərin Almaniyada akkumulyatorlu elektrik avtomobil satışlarının təxminən 37 faiz azalmasını kompensasiya edə bilməyəcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!