Avropa bu qışı isti yoxsa donaraq keçirəcək? | Banco.az

Avropa bu qışı isti yoxsa donaraq keçirəcək?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Son günlərdə Avropanın qaz ehtiyatları maksimum səviyyəyə çatıb.

Banco.az-ın məlumatına görə, hazırda Avropada qaz anbarları 97,89 faiz (107,75 milyard kubmetr) doludur ki, bu da son beş il ərzində bu tarix üçün qeydə alınan göstəricidən 8,54 faiz çoxdur.

Bundan öncəki maksimum göstərici 2019-cu il oktyabrın 28-də müşahidə edilib (97,84 faiz).

Oktyabrın 14-nə isə, Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarından qaz çıxarılması sutkada 10 milyon kubmetr, anbarlara qaz vurulması isə 246 milyon kubmetr təşkil edib. Sentyabrda Avropada mavi yanacağın orta qiyməti 417 dollar olub.

Avropa ölkələri qarşıdakı isitmə mövsümü üçün anbarların 90 faizinin doldurulması hədəfinə hələ avqust ayının ortalarında çatıb. Halbuki Avropa İttifaqı həmin göstəriciyə yalnız noyabr ayında nail olunacağını düşünürdü.

Proqnozlara görə, İsrailin qaz yatağının bağlanması Avropa üçün əhəmiyyətli ola bilər.

Məlumata görə, Tamar yatağında 300 milyard kubmetrdən çox qazın olduğu güman edilir ki, bu da Avropanın illik təbii qaz idxalına bərabərdir. “Chevron”un məlumatına görə, yataq İsrailin enerji istehsalı üçün enerji ehtiyacının 70%-ni təmin edir.  Əgər istismar uzun müddətli davam etdirilməzsə İsrailin Avropa bazarına qaz ixracını təmin edən Misir də daxil olmaqla qonşularına qaz ixracının azalması ilə nəticələnəcək.

Bu il Misirin ixracatının 7,5 milyon ton olacağı gözlənilir ki, bunun da böyük hissəsi Avropa və Türkiyəyə yönəlib. Ölkə bu ay mayeləşdirilmiş təbii qaz (LNG) ixracını bərpa etməyi planlaşdırıb.

Finlandiya və Estoniya arasında “Balticconnector” dəniz qaz kəmərinin zədələnməsi xəbərindən sonra Avropa qaz qiymətləri də yüksəldi . Sızma boru kəmərinin müvəqqəti bağlanması ilə nəticələndi.

 Amma Avropanın narahat olmağa hələki səbəbi yoxdur. Avropada qaz anbarları 2022-23-cü ilin qışından bəri böyük həcmdə qaz da daxil olmaqla, 90%-dən çox doludur. Bundan əlavə Ukrayna anbarlarında da əlavə həcmlər yığılır. Kopernik İqlim Dəyişikliyi Xidmətinə görə , Avropanın çox mülayim qışı olacaq və istilik yanacaqlarına olan tələbatı potensial olaraq azalda biləcəyi  ehtimalı da yüksəkdir.

Ekspertlər isə qeyd edir ki, Aİ-nin bu qış tədarüklə bağlı hər hansı ciddi çətinliklə mübarizə aparmayacağına baxmayaraq, qlobal qazın kəsilməsinin davam edən təsiri qiymətləri yüksək saxlayacaq.

Cari ilin ilk 3 ayında Azərbaycan Trans–Adriatik Boru Kəməri (TAP) ilə Avropa İttifaqına (Aİ) qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmetrədək artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Banco-nun məlumatına görə, bu barədə Avropa Komissiyasının Avropa Birliyi ölkələrinin qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilir. Cari ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdiril­miş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3 faiz­dən 4 faizə yüksəlib.

Yanvar-mart aylarında Av­ropaya boru kəməri ilə qaz tə­darükçülərinin ilk beşliyinə Nor­veç–21,7 milyard kubmetr (53 faiz pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18 faiz), Rusiya – 5 milyard ku­bmetr (12 faiz), Böyük Britaniya – 4,4 milyard kubmetr (11 faiz) və Azərbaycan – 2,8 milyard kubmetr (7 faiz) daxil olub.

Keçən il Azərbaycan qaz ix­racını 18 faizə – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr və ya 39 faizdən çox qaz ixrac edib. Bu il respublikamızdan təbii qazın ixracı 24,5 milyard kubmetr həc­mində planlaşdırılıb, bunun isə 12-12,5 milyard kubmetrinin Av­ropaya nəql olunacağı nəzərdə tutulub.

“TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skiep­pati İtaliyanın RCS Akademiya­sında keçirilən “Xalis sıfıra keçid– innovativ enerji” adlı debatdakı çıxışında bildirib ki, TAP-ın kom­mersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 28 milyard ku­bmetrdən çox Azərbaycan qazı ötürülüb ki, bunun da 23,5 mil­yard kubmetrdən çoxu İtaliyaya ixrac edilib.

Azərbaycan 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin (CQD) tərkib his­səsi olan TAP vasitəsilə Avropa­ya kommersiya qazının tədarü­künə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avro­pa bazarına illik 10 milyard kub­metrdən çox qazın ixracını nəzər­də tutur ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 2 milyard kubmetri isə hər birinə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstanın payına düşür.

2023-cü il ərzində Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təx­minən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et