Avropa Birliyi (AB) iqtisadiyyatı, bu ilin üçüncü rübündə ikinci rüb ilə müqayisədə 0,3% və keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,3% artım qeyd edib.
Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində mövsümü amillər xaric ümumi daxili məhsul (ÜDM) ilin üçüncü rübündə bir əvvəlki rüb ilə müqayisədə 0,2% artıb. Avro Bölgəsində ÜDM artımı, 2018-in üçüncü rübü ilə müqayisədə isə 1,2% təşkil edib.
Avropa Birliyində isə mövsümü amillər xaric ümumi daxili məhsul ilin üçüncü rübündə əvvəlki rüb ilə müqayisədə 0,3%, 2018-in üçüncü rübü ilə müqayisədə isə 1,3 artım qeyd edib.
marja