Avropa Mərkəzi Bankı və Beynəlxalq Ödəniş Bankının rəsmiləri ötən gün Bitcoin ilə bağlı açıqlama veriblər. Açıqlamada Bitcoin-in “nağdsız iqtisadiyyat” xəyalları üçün yetərli olmadığına diqqət çəkilib.
Beynəlxalq Ödəniş Bankı (BIS) tərəfindən mərkəzi bankların sahib olacağı rəqəmsal pul vahidlərinə istiqamətli edilən şərh çərçivəsində fikirlərini bildirən Benoit Kouer və Jaklin Loh Bitcoin haqda danışıblar. Onlar həmçinin bankların transfer variantlarını yaxşılaşdırdıqlarını və bu qurumların rəqəmsal valyutalara müraciət edəcəklərini söyləyiblər.
Avropa Mərkəzi Bankı (AMB) idarə heyətinin üzvü olan və BIS Ödəniş və Bazar İnfrastrukturu Komissiyasının rəhbəri Benoit Kouer və BIS Bazarlar Komitəsinin başçısı Jaklin Lohun bu fikirləri müzakirələrə səbəb olub.
Bu iki şəxs pul köçürmək istəyən müştərilərin artan ehtiyaclarını ödəmək baxımından Bitcoin-in önəmli potensialının ola biləciyini düşünür.
Kouer və Loh mövzu ilə bağlı açıqlaması belədir:
“Sahib olduğu bir çox səhvə baxmayaraq, Bitcoin xidmət vermədə müvəffəqiyyətsizliklər göstərən mövcud köhnə sistemimizə işıq tutdu: Ancaq bu ödəmə kanalları yerli ödəmə kanallarıyla müqayisə edildikdə ümumiyyətlə daha yavaş, daha az şəffaf və daha bahalı bir şəkildə fəaliyyət göstərirlər. Bitcoin-in yüksəlməsi üçün ən yaxşı yol inkişafdan keçir”.
Digər tərəfdən həm BIS tərəfindən dərc olunan hesabatda, həm də Kouer və Lohun verdiyi açıqlamalarda kriptovalyutaların tənzimlənməsinə diqqət yetirilib. Ancaq Kouer bunun gələcəkdə beynəlxalq ictimaiyyətin diqqətini çəkəcəyini qeyd edib.
AMB-nin idarə heyətinin üzvü Daniele Nouy kriptovalyuta tənzimləmələrinin AMB-yə aid “ediləcəklər siyahısının ən sonlarında yer aldığını” fevralda bildirmişdi.
Kriptovalyuta tənzimləmələrinə indiyədək məsafəli yanaşan AMB blockchain texnologiyasına istiqamətli atdığı addımlar çərçivəsində Blockchain Araşdırma Məclisini ötən ay təsis etmişdi. AMB bu qurum vasitəsilə texnologiyanı tənzimləməyə yönəlmiş işlər reallaşdırmağı və fintech sahəsinə daha əhatəli yanaşmağı planlaşdırır.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.