Avropa Bankı uçot dərəcəsini artıracaqmı? | Banco.az

Avropa Bankı uçot dərəcəsini artıracaqmı?

Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcəsini 2019-cu ilin mart ayında artıra biləcəyi ilə bağlı ehtimallar artıb.

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bu gözlənti keçirilmiş sorğu əsasında formalaşıb. 

Qeyd edək ki, iyul ayına qədər olan proqnozlar 2018-ci ilin dekabr ayında ECB-nin uçot dərəcəsini artıracağını göstərirdi. Lakin, avronun məzənnəsində son zamanlar müşahidə olunan artım və inflyasiya göstəricisinin ECB-nin hədəf 2% səviyyəsinə çata bilməməsi ekspertlərin pronozlarını dəyişməsinə səbəb olub. Bununla yanaşı maliyyə bazarları ECB-nin monetar ekspansiya proqramını 2018-ci ilin oktyabr ayının 1-nə qədər uzadacağını ehtimal edir. Qurumun faizləri monetar ekspansiya proqrami bitdikdən ən az 6 ay sonra artırmağa başlaması gözlənilir. Sözügedən proqramın 2017-ci ilin sonuna qədər davam edəcəyi planlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et