Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) “FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına 6 milyon ABŞ dolları ekvivalentində yerli valyutada (4,7 milyon manat) kredit ayırıb.
AYİB-in yaydığı məlumata görə, kredit “FINCA Azerbaijan”a mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə verilib.
“Ayrılmış bu vəsait “FINCA Azerbaijan”ın müştərilərinə yerli valyutada ortamüddətli kreditlər götürməyə və beləliklə valyuta mübadiləsi risklərindən qorunmağa imkan verəcəkdir”, - AYİB-in məlumatında deyilir.
“FINCA Azerbaijan” 2006-cı ildən bəri Avropa Yenidənqurma və İnkişaf Bankının müştərisidir və indiyədək bu bankdan 24 milyon ABŞ dolları həcmində kredit cəlb etmişdir. Təşkilat AYİB-dən kreditlərin 18.5 milyonunu yerli valyutada almışdır.
Mənbə: marja.az