Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Dəmirbank" ASC-yə 41 mln. dollar məbləğində dəstək vermək niyyətindədir. Bu barədə "BNE IntelliNews" bankdakı mənbələrinə istinadən yazır.
Hazırda EBRD "Dəmirbank"ın səhmlərinin 25%-nə sahibdir.
"Ötən ilin noyabr ayında "Fitch" beynəlxalq reytinq agentliyinin qiymətləndirilməsinə əsasən defolt həddində olan "Dəmirbank"a dəstək verərək EBRD bu banka öz inamını ifadə etmək niyyətindədir. Maraqlıdır ki, bu proses Azərbaycan Beynəlxalq Bankının defoltu və 11 bankın lisenziyasının ləğv olunması fonunda baş verir. Bu isə olduqca önəmlidir", - deyə agentlik yazır.
Ötən ilin noyabr ayında "Fitch" bankın uzunmüddətli defolt reytinqini "B-" səviyyəsindən "CCC"-dək, dayanıqlılıq reytinqi isə "ccc" səviyyəsindən "f"-dək endirib.
"BNE IntelliNews" qeyd edir ki, "Dəmirbank" 2016-cı il üzrə hesabatı açıqlamasa da "Fitch" bankdakı likvidlik səviyyəsinin aşağı olduğunu təsbit edib.
Mənbə: Apa.az