Avropa bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb | Banco.az

Avropa bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.

Bu barədə EBRD “Regional İqtisadi Perspektivlər” hesabatında məlumat yayıb.

Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.

EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,6 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırdığını bəyan edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram