Müəllif - Aida İsaq, Banco.az
Mülayim keçən havalar fonunda enerjiyə qənaət və alternativ təchizatçılar Aİ-ni enerji böhranından xilas olmağa kömək edir. Bununla yanaşı, 2024-cü ildə region üçün əsl enerji sınağı başlaya bilər.
Banco.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri bildirib. Rusiyadan tədarükün azalmasına baxmayaraq, Aİ-də gözlənilən qaz qıtlığı qeydə alınmadı. Ancaq əgər Ukrayna münaqişəsi və Çindən mayeləşdirilmiş təbii qaza (LNG) tələbat artmaqda davam edərsə, gələn qış Avropa üçün bir o qədər də asan keçməyəcək.
Brüsseldəki Brueghel İnstitutunun enerji eksperti Georg Zachmanın sözlərinə görə, Rusiyanın bu il Avropaya enerji nəqlini tamamilə dayandıracağı təqdirdə regionun qazla bağlı problemi olmayacaq. Ancaq Avropa yenidən soyuq havalarla üzləşərsə və ya Aİ ölkələri enerji siyasətində səhvlərə yol verərsə, Rusiyadan gələn yanacaq yenidən regionun enerji balansında mühüm rol oynayacaq. Ekspert həmçinin, ABŞ-dan artan LNG ixracının Rusiyadan əvvəlki tədarüklərin həcmindən dəfələrlə az olduğunu vurğulayaraq region üçün ABŞ-ın hər hansısa asılılıq və ya önəm daşımayacağını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!