Avro təzyiq altında qalır | Banco.az

Avro təzyiq altında qalır

Dünyada siyasi və iqtisadi qeyri-müəyyənliklərin yenidən artması, EUR/USD və Brent neftinin qiymətlərinə təsirləri yenidən artmağa başlayıb.

 

Avroya təzyiq edən amillər qalmaqdadır

Avropa parlamentində seçkilərin müsbət nəticələnməsinə baxmayaraq, avro siyasi və iqtisadi risklərin mövcudluğu şəraitində təzyiq altında qalmaqda davam edir. Belə ki, Avrozonada iqtisadi inkişafın zəifləməsi və Avropa birliyi ilə ABŞ arasında ticarət böhranının dərinləşə biləcəyi fonunda qeyri-müəyyənliklər qalmaqdadır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1175$-ın üzərində möhkəmlənərsə, 1.1198$-a kimi də bahalaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

 

Dünyada risklərin yenidən artması, neftə olan tələbi də azaldır. 

Dünya iqtisadiyyatında birinci rüb ərzində canlanmanın müşahidə edilməsi, enerji birjalarında neft qiymətlərinin 50% bahalaşmasına təsir etmişdir. Lakin aprel və may ayları ərzində siyasi və iqtisadi risklərin yenidən artması neftə olan tələbi də azaltmışdır. Beləliklə, 69-71$ aralığında dalğalanan Avropanın Brent neftinin bir barel qiymətinin gələcək tendensiyası, açıqlanacaq fundamental göstəricilərdən asılı olacaqdır.

İnvestAz