Avro öz yerini dollara verib | Banco.az

Avro öz yerini dollara verib

Bu gün iyulun 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 9-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0488 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0076 manat və ya 0,48% bahalaşaraq 1,1615 manat olub.