Avro, lirə, qızıl və Bitkoinin qiymətləri diqqət mərkəzindədir | Banco.az

Avro, lirə, qızıl və Bitkoinin qiymətləri diqqət mərkəzindədir

Avroda korreksiya

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.10$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, korreksiyaya başlayıb. Gələcək dalğalanma isə Avropa Birliyində büdcə danışıqlarından və cümə günü Avrozonaya dair dərc ediləcək önəmli fundamental göstəricilərdən asılı olacaqdır. 

USD/TRY məzənnəsi yenidən bahalaşa bilər 

Lirənin qiyməti sabah Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən açıqlanacaq faiz qərarı öncəsi daha da bahalaşıb və USD/TRY məzənnəsi 6.75TL-yə kimi ucuzlaşıb. Lakin Avropa sessiyasında yenidən dəstək görən USD/TRY məzənnəsi, 6.84TL-ni də qırarsa, bahalaşma dalğasını gücləndirə bilər. 

Qızıla tələb azaldı

Əlvan metallar birjalarında qızılın qiyməti Amerika sessiyasında korreksiya etsə də Asiya sessiyasında yenidən ucuzlaşmağa başlayıb və 1735$-ın qırılması ilə eniş dalğasının sürətlənməsi proqnozlaşdırılır. 

Bitkoində bahalaşma ehtimalları yenidən artıb

Ən sərfəli kredit üçün müraciət et

Kriptovalyuta birjalarında isə Bitkoinin qiymətində may ayı ərzində müşahidə edilən üfüqi korreksiyadan sonra 9933$-ın qırılması ilə güclü bahalaşma dalğası başlaya bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et