"Avro dayanıqlıdır, amma kifayət qədər deyil" | Banco.az

"Avro dayanıqlıdır, amma kifayət qədər deyil"

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard, Avro Bölgəsinin mümkün iqtisadi böhranlara qarşı hazırlıqlı olmadığı barədə xəbərdarlıq edərək, Avronun on il əvvələ nisbətən dözümlü (dayanıqlı) olduğunu, ancaq bunun yetərli səviyyəyə çatmadığını deyib.

Laqard, Parisdə Fransa Mərkəzi Bankının keçirdiyi tədbirdə çıxışında, "Pul vahidi on il əvvəldən daha dayanıqlıdır, ancaq kifayət qədər deyil", - ifadələrini istifadə edib. Laqard, Avro Bölgəsinin daha əvvəl iki böhran keçdiyini və bir çox şirkətin hələ də bunun ağrısını yaşadığını bildirib.

Laqard, Avropanın tamamilə inkişaf etmiş bir iqtisadi sistem yaratmaqda gecikdiyinə işarə edərək, Avropa Birliyi üzvü olan ölkələri Avro Bölgəsini gücləndirməyə çağırıb.

Marja