Avro "Almaniya xofu" ilə daha da ucuzlaşıb | Banco.az

Avro "Almaniya xofu" ilə daha da ucuzlaşıb

Avro dollar qarşısında, Almaniyanın iqtisadi artım proqnozunun aşağı salınacağı qorxusu ilə ucuzlaşmaqda davam edib. 

"Reuters"in məsələ haqqında məlumata malik iki mənbəyə istinadən yaydığı xəbərində, aparıcı iqtisadi qurumların Almaniyanın 2019-cu il üzrə iqtisadi artım proqnozunu azaldacaqları bildirilib.  Xəbərin ardından avro dollar qarşısında 0.5 faiz düşərək 1.0886 səviyyəsinə qədər enib.

Xəbərdə, Aprel ayında, 2019-cu ildə iqtisadi artımın 0.8 faiz olacağını ehtimal edən qurumların, bu proqnozu 0.5 faiz artıma endirdikləri qeyd edilib.

Xəbərə görə, təşkilatlar 2020-ci il üçün artım proqnozunu Aprel ayındakı 1.8%-dən 1.1%-ə endiriblər. 

Ən sərfəli kredit üçün müraciət et

Qurumların 2021-ci il üçün iqtisadi artım proqnozu isə 1.4 faizdir.

WH, DIW, Ifo, IfW və RWI-dən ibarət olan bu qurumlar proqnozlarını Çərşənbə günü açıqlayacaqlar.

Qeyd edək ki, Almaniyanın ixracı azaldığından ölkədə iqtisadi artım ləngiyir. Azalan ixrac sənaye istehsalının də düşməsinə səbəb olur. Qlobal iqtisadi artımın yavaşlaması və ticarət müharibələri Almaniyanın ixracına mənfi təsir edir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et