Aviasiya nəhəngi maliyyə gəlirlərini artırıb | Banco.az

Aviasiya nəhəngi maliyyə gəlirlərini artırıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin sonunda beynəlxalq təyyarə istehsalçısı “Airbus”un xalis mənfəəti 1% artaraq 4,2 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, Rusiya bazarını tərk etməsinə baxmayaraq, şirkətin 12 aylıq ümumi gəlirləri 13% artaraq 58,7 milyard avroya yüksəlib. 2021-ci ildə müvafiq göstərici 52,1 milyard avro təşkil etmişdi.

Qeyd olunur ki, ötən maliyyə ili ərzində şirkət eyni zamanda təyyarələrin kommersiya tədarükünü artırıb. Belə ki, 12 ayda şirkət müştərilərə ümumilikdə 661 təyyarə göndərib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram