"Atəşgah Sığorta"nın aktivləri artıb - YEKUN HESABAT | Banco.az

"Atəşgah Sığorta"nın aktivləri artıb - YEKUN HESABAT

"Atəşgah Sığorta" 1 yanvar 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb. 

Sözügedən dövrdə, sığorta şirkətinin cəmi aktivləri 42,983 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 3,5% artım deməkdir. Şirkətin cəmi aktivlərinin 12,562 mln. manatını uzunmüddətli aktivlər, 30,422 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib. 

Şirkətin öhdəliklərinin həcmində də artım müşahidə olunub. Belə ki, hesabat ilinin əvvəlində 26,646 mln. manat olan cəmi öhdəliklər, 1 il ərzində 12,6% artaraq 30,004 mln. manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

"Atəşgah Sığorta" şirkətinin cəmi kapitalı isə 2017-ci ilin sonuna 12,980 mln. manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 5008,5 min manat təşkil edir.

Ötən ilin son göstəricilərinə əsasən, sığorta şirkətinin cəmi gəlirləri 39,572 mln. manat, cəmi xərcləri isə 40,6 mln. manat həcmində olub. Belə ki, xərclərin  əsas hissəsini əməliyyat xərclərinin daxilində sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər təşkil edib - 17,399 mln. manat. Bu isə 2016-cı ilin sonu ilə müqayisədə 9,7% çoxdur. Beləliklə, xərcləri gəlirlərini üstələyən "Atəşgah Sığorta" 2017-ci ili 1,027 mln. manat zərərlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et