“AtaSığorta” ötən ay 411 hadisə üzrə sığorta ödənişi həyata keçirmişdir | Banco.az

“AtaSığorta” ötən ay 411 hadisə üzrə sığorta ödənişi həyata keçirmişdir

“AtaSığorta” ASC 2015-ci ilin mart ayında 411 hadisə üzrə 270 998 manat sığorta ödənişi həyata keçirmişdir. Bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et