"AtaBank"ın yeni şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir | Banco.az

"AtaBank"ın yeni şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

“AtaBank” ASC-nin şəhərin mərkəzində, 28 May metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən "Sahil" şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları ilə seçilir. Burada Siz ABŞ dolları, Avro, İngilis funtsterlinqi, İsveçrə frankı, Rusiya rublu, Türk lirəsi, Gürcü larisi, BƏƏ dirhəmi, Səudiyyə Ərəbistanı rialı, İran rialı, Yapon yeni, Qazaxıstan tengəsi kimi valyuta-mübadilə əməliyyatları edə bilərsiniz.

Bundan əlavə, müştərilərin rahatlığını düşünərək, yeni istifadəyə verilmiş "Sahil" şöbəsi artıq valyuta-mübadilə əməliyyatlarını şənbə günləridə həyata keçirməyə imkan yaradacaq."Sahil" şöbəsi bazar ertəsindən şənbə günü daxil olmaqlasaat 9:00-dan 18:00-dəkmüştərilərinxidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Valyuta məzənnələri ilə bağlı məlumatlarvə digər suallar üçün əlaqə nömrəsi: (012) 136.

 "AtaBank"-ın yeni istifadəyə verilmiş"Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com

Ən sərfəli krediti almaq üçün müraciət et