Atabank” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkbində dəyişikliklər olub.
“Report” xəbər verir ki, MŞ-nın sədri Əşrəf Kamilovu Fərid Hüseynov əvəz edib.
Bundan başqa, MŞ-nın üzvləri Əhməd Ərəntok və İltifat Ağayev vəzifələrindən kənarlaşdırılıb, onların yerinə Fərid İsayev seçilib.
MŞ-nın üzvü olan Adıgözəl Ağayev isə vəzifəsində qalıb.
“Atabank”ın İdarə Heyətinə (İH) də yeni təyinat olub. Kamran Orucəliyev İH-nin sədr müavini vəzifəsinə gətirilib.
"Atabank" 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 120 020 000 manatdır. Bankın əsas səhmdarı “Synergy Group” MMC-dir.