Qısa müddət ərzində rəhbər vəzifəyə qədər gəlib çıxa bilib. Deyir ki, həyatda çətin olan heç nə yoxdur. Önəmli olan bir şeyi istəməkdir. Bununla yanaşı düşünür ki, uğur qazanmaq üçün öz işini sevməli və məsuliyyətli olmalısan.
Ata Bankın Komplayens departamentinin direktoru Durna Həsənova növbəti dövrlər üçün hədəflərindən danışdı.
- Növbəti dövrlər üçün ən böyük hədəfimiz bu sahədə aparılan yoxlama proseslərinin, əməliyyatların monitorinqinin tamamilə avtomatlaşdırılmasıdır. Bunun üçün artıq proqram təminatında dəyişikliklərin edilməsi üçün tapşırıqlar hazırlanır.
Yaxın zamanlarda öz müştərilərinizə hansı yenilikləri təqdim edəcəksiniz?
- Hal-hazırda müştərilərimizin rahatçılığı üçün tətbiq olunan ərizə anketlərin avtomatlaşdırılması prosesi üçün işlər görülür. Bu isə müştərilərə xidmət səviyyəsini artıracaq. Yəni, belə demək olarsa müştərilərin hesab açma prosesini daha da asanlaşdıracaq.