“Atabank”ın daşınmaz əmlakı hərraca çıxarılacaq | Banco.az

“Atabank”ın daşınmaz əmlakı hərraca çıxarılacaq

Yanvarın 18-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınmaz əmlak, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi 204A ünvanında istifadədə olan 0,0020 hektar torpaq sahəsində yerləşən (ü/s 16,6 kvadratmetr) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 15 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası).

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et