AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı | Banco.az

AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı

10 dekabr 2019-cu il tarixində Bakıda təşkil olunmuş “Mastercard Günü” JW Marriott Absheron otelində baş tutdu.

“Nağdsız Azərbaycana Doğru” şüarı altında keçən tədbirdə nağdsız əməliyyatların iqtisadiyyatın dayanıqlı inkişafındakı rolundan və bu sahədə innovasiyaların tətbiqindən müzakirələr aparıldı.

İlin nəticələrinə görə müxtəlif iştirakçılara mükafatlar təqdim olundu. “AtaBank” ASC yenidən “Təmassız POS-terminal sayı ən yüksək olan bank”oldu.“Mastercard” ödəniş sisteminin rəsmi nümayəndəsi məhsuldar əməkdaşlığa görə AtaBank-atəşəkkür edərək daha böyük uğurlara nail olmasını arzu etdi.

Ən sərfəli kredit üçün müraciət et

Nominasiya ilə bağlı “AtaBank” ASC-nin Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov qeyd etdi: “Keçən il olduğu kimi, bu il də POS-terminal sayının yüksək sayda qoruyub saxlamışıq. AtaBank olaraq gələcəkdə dənağdsız cəmiyyətin inkişafı üçün çalışacağıq. AtaBank əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir”.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et