"Atabank" və "Dəmir Bank"ın əmlakları hərraca çıxarılır | Banco.az

"Atabank" və "Dəmir Bank"ın əmlakları hərraca çıxarılır

Sentyabrın 7-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin daşınar, "Dəmir Bank" ASC-nin isə daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət "Atabank"a məxsus 198 ədəd depozit qutusundan və "Dəmir Bank"a məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında yerləşən 2 389,8 kv.m-lik qeyri-yaşayış binasından gedir. Əmlaklara müvafiq olaraq 5 940 manat və 1 300 000 manat qiymət qoyulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et