Atabank-ın Marketinq Departamentinə direktor TƏYİN OLUNDU! | Banco.az

Atabank-ın Marketinq Departamentinə direktor TƏYİN OLUNDU!

Atabank ASC-də yeni təyinat olub!

Bankdan banco.az-a verilən məlumata görə, artıq bir neçə gündür ki, Oruc İbrahimov AtaBank ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Oruc  İbrahimov 2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətimə başlamış və bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışmışdır. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. Bu ilin mart ayından etibarən Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edir.

Əlavə olaraq bildirək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.