AtaBank 4 mln əməliyyat mənfəəti qazandı | Banco.az

AtaBank 4 mln əməliyyat mənfəəti qazandı

AtaBank, cari ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bankın konsolidasiyası bankın aktiv və öhdəliklərinin həcmində ötən illə müqayisədə ciddi fərqlər yaradıb. Bu haqda Banco.az portalı AtaBankın rəsmi saytına istinadən məlumat verir. Portalın məlumatına əsasən Bank cari ilin ikinci rübünü 1 mln 692 min manat mənfəətlə başa vurub.

2016-ci ilin ikinci rübü ilə müqayisədə bankın cəmi aktivləri 1,2 dəfə artaraq, 609 mln 875 min manata çatıb. Kredit portfelində də müvafiq artım qeydə alınıb və portfelin həcmi 410 mln 230 min manatdan 532 mln 496 min manata yüksəlib.

Bankın kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatlar  3,5 dəfə artaraq,  43 mln 982 min manata yüksəlib.

İki bankın konsolidasiyasından sonra AtaBankın cəmi kapitalı da 2,12 dəfə artaraq, 151 mln 732 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

AtaBank həmçinin cari ilin ikinci rübünə olan mənfəət və zərər göstəricilərini açıqlayıb.  Bankın faiz gəlirləri 19 mln 222 min manat, faiz xərcləri isə 8 mln 597 min manat olub. Həmin müddət ərzində bankın qeyri faiz gəliləri 3 mln 974 min manat, qeyri faiz xərcləri isə 10 mln 597 min manat olub. Bank ilin 1-ci yarısını 4 mln 2 min manat əməliyat mənfəəti ilə başa vurub və 2 mln 310 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar şəkilində ayırıb.

Beləliklə bankın vergidən öncəki xalis mənfəəti 1 mln 692 min manat təşkil edib.