“Ata Bank” 3-cü rüb üçün Hesabatını AÇIQLADI | Banco.az

“Ata Bank” 3-cü rüb üçün Hesabatını AÇIQLADI

“Ata Bank” ASC 2018-ci ilin 9 ayını 86 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı.

Cari ilin yanvar-sentyabr dövründə cəmi gəlirlər 35 milyon 333 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 274 min manat, qeyri-faiz gəlirləri 4 milyon 59 min manat təşkil edib. Bankın cəmi xərcləri isə 36 milyon 878 min manat olub və nəticədə Bankın 1 milyon 545 min manat əməliyyat  zərəri yaranıb. Əvvəlki illə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 1 milyon 631 min manatı azad olub və bu məbləğ gəlirə əlavə edilib. Nəticədə həm bankın əməliyyat mənfəəti bağlanıb, həm də 86 min manat xalis mənfəət təmin olunub.

2017-ci ilin yanvar-sentyabr  ayları ərzində “Ata Bank”ın cəmi gəlirlər 40 milyon 785 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 205 min manat, qeyri-faiz gəlirləri 4 milyon 580 min manat təşkil etmişdi. Bankın cəmi xərcləri isə 34 milyon 971 min manat olmuş və nəticədə Bankın 5 milyon 814 min manat əməliyyat mənfəəti yaranmışdı. Ötən ilin 9 ayında “Ata Bank” əməliyyat mənfəətinin 4 milyon 142 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.Nəticədə Bank cari ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

30 Sentyabr 2018-ci il tarixində “AtaBank” ASC 589 milyon 146 min manat cəmi aktivlər, 444 milyon 694 min manat cəmi öhdəliklərə və 144 milyon 452 min manat cəmi balans kapitalına malik olub.

30 Sentyabr 2017-ci il tarixində “AtaBank” ASC 621 milyon 974 min manat cəmi aktivlərə, 472 milyon 800 min manat cəmi öhdəliklərə və 149 milyon 175 min manat cəmi balans kapitalına malik idi.

Marja.az