Asiyanın ən zəif valyutası üçün proqnozlar ürəkaçan deyil | Banco.az

Asiyanın ən zəif valyutası üçün proqnozlar ürəkaçan deyil

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ildə Asiyada ən zəif göstəricilərə malik Hindistan rupisi bu il də itkilərini davam etdirəcək.

Banco.az xəbər verir ki, Hindistanın aparıcı özəl bankı “Axis Bank”ın Xəzinədarlıq, Bazarlar və Topdan Bankçılıq üzrə Qrup Meneceri Neraj Qambir ölkə valyutasının gələcək perspektivlərini dəyərləndirib.

O bildirib ki, qarşıdan gələn maliyyə ilində Hindistanın böyük ölçüdə cari kəsri rupini təzyiq altında saxlayacaq.

Digər tərəfdən, ekspert qeyd edib ki, valyutanın kəskin ucuzlaşmasını gözləmir və aprelin 1-dən etibarən başlayacaq maliyyə ilində 2-3 faizlik cüzi azalma proqnozlaşdırır.

Xatırladaq ki, Fed-in aqressiv monetar sərtləşdirməsi dolları gücləndirdiyi və bununla yanaşı, Hindistanın xarici maliyyə vəziyyəti pisləşdiyi üçün rupi keçən il 10%-dən çox dəyər itirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et