Asiyanın ən varlı insanı bir neçə şirkətini birjaya çıxaracaq | Banco.az

Asiyanın ən varlı insanı bir neçə şirkətini birjaya çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Adani Group” hava limanları, yol və məlumat mərkəzi bölmələri üçün IPO planlaşdırır.

Banco.az xəbər verir ki, Asiyanın ən varlı insanı olan Qautam Adani 2026-2028-ci illər arasında ən azı 5 şirkətin səhmlərini İlkin Kütləvi Yerləşdirmə (IPO) ilə fond birjalarında təklif etməyi planlaşdırır.

Hindistanlı milyarder bu addımla holdinqin borclarını ödəməyi və investor bazasını genişləndirməyi düşünür.

Qeyd edək ki, Hindistanın ən böyük özəl sektor limanı və hava limanı operatoru, şəhər qaz paylayıcısı və kömür mədənçisi olan nəhəng imperiya həm də dünyanın ən böyük bərpa olunan enerji istehsalçısı olmağı hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et