Asiya-Sakit okean regionuna aid fond indekslərində azalma müşahidə olunmuşdur. Çinin xidmət sektorunda biznes fəaliyyətinin ləngiməsi haqqında verilən məlumatda 3 həftə ərzində regional indeksdə kəskin azalma müşahidə edildiyi qeyd olunmuşdur. Regionun ümumi fond indeksi 0.8% azalaraq, 3 ay ərzində ən aşağı göstəriciyə çatmışdır.
2013-cü ildə Asiya-Sakit okean fond indeksi bütün dünyada mərkəzi bankların iqtisadiyyata dəstək verilməsinə istiqamətlənmiş tədbirləri nəticəsində 9.3%-dək yüksəlmişdi.
3 yanvar tarixində - hərracın son günündə Asiyanın fond indeksinə daxil olan səhmlərin dəyəri proqnozları 13.1 dəfə üstələməyi bacardı. Standard & Poor's 500 indeksində bu göstərici 15.5, Stoxx Europe 600 indeksində isə 13.7-ə çatdı.
Yaponiyanın Nikkei 225 fond indeksi yen məzənnəsinin möhkəmlənməsinin ardından 2.2% dəyər itirdi. Keçən il bu göstərici 57% təşkil etməklə, 1972-ci ildən sonra ən yaxşı illik artımın müşahidə olunmasını təşkil etdi.
Honkonqun Hang Seng indeksi 0.6%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0.5% dəyər itirmişdir.
Ümumi tendensiyalara zidd olsa da, Cənubi Koreyanın Kospi indeksində 0.5% artım müşahidə olunmuşdur.
İnvestisiya bazarlarının tədqiqi şöbəsinin (Perpetual Investments) rəhbəri Metyu Şervud bildirdi ki, Çində artım səviyyəsi getdikcə aşağı endiyi üçün bu il Çin iqtisadiyyatında artım səviyyəsinin 7%-dən çox olmayacağı gözlənilir.
İndeksin dəyərinin 50 maddədən aşağı olması iqtisdiyyatın qeyd edilmiş seqmentində biznes fəaliyyətinin zəifləməsini, 50 maddədən yuxarı olması isə onun artımını göstərir.
Tokioda keçirilən hərrac zamanı Asiyanın ən böyük mağazalar şəbəkəsi hesab olunan "Fast Retailing Co." şəbəkəsinın bazar dəyəri 5% azalmışdır.
Honkonqda keçirilən hərrac zamanı "China Railway Group Ltd." şirkətinə məxsus qiymətli kağızlar 5.1% ucuzlaşmışdır.
Banco.az / Sevinc İbadova