Müəllif - Aida İsaq, Banco.az
Asiyanın spot bazarında mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri noyabrın 16-dan 23-dək 20% artaraq oktyabrın əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Yaponiya-Koreya LNG indeksi həftə ərzində 20% artaraq 34,24 dollara çatıb.
ABŞ-ın əsas zavodunda istehsalın dayandırılması və qış mövsümünün başlanğıcında Avropada soyuq hava şəraiti səbəbindən tədarükün dayandırılması ilə bağlı narahatlıq fonunda Asiyada yanacaq qiymətlərində bu cür yüksəlmə hiss olunub. Bu vəziyyət Asiya ölkələrinə yanacaq tədarükünü də ris altında saxlayır.
Qeyd edək ki, bir neçə gün əvvəl Yaponiya Ticarət Nazirliyi dünyanın bir çox şirkətlərinin 2026-cı ilə qədər uzunmüddətli müqavilələrin başa çatması səbəbindən mayeləşdirilmiş təbii qazın (LNG) alınmasında problemlərlə üzləşəcəyini proqnozlaşdırıb. Eyni zamanda, LNG ixrac imkanlarına sərmayənin yatırılmaması qlobal yanacaq qıtlığı ilə bağlı problemi daha da gücləndirəcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!