Asiya İnkişaf Bankı Pakistana 1,3 milyard dollar kredit ayırıb | Banco.az

Asiya İnkişaf Bankı Pakistana 1,3 milyard dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondunun (IMF) Pakistana ayırdığı 6 milyard dollar kreditdən 2 ay sonra Asiya İnkişaf Bankı (ADB) bu ölkəyə 1,3 milyard dollar kredit vermək qərarına gəlib.

Pakistan mətbuatı xəbər verir ki, bankın Mərkəzi və Qərbi Asiya ölkələri üzrə baş direktoru Verner Liyepax bu vəsaitin Pakistan iqtisadiyyatının möhkəmləndirilməsi, ölkənin iqtisadi və sosial böhrandan çıxması üçün nəzərdə tutulduğunu deyib. Pakistanın enerji infrastrukturunın yaradılması üçün daha 300 milyon dollar kredit veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Pakistan hökumətinin apardığı bir sıra islahatlar “Moody's” belnəlxalq reytinq agentliyi tərəfindən qiymətləndirildikdən sonra bu ölkəyə maliyyə yardımları göstərilməyə başlanıb.

"Azərtac"

Ən sərfəli krediti almaq üçün müraciət et