Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıq prioritetlərini açıqlayıb | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıq prioritetlərini açıqlayıb

2022-2023-cü illərdə Asiya İnkişaf Bankı (AİB) peşə-texniki təhsilin inkişafında iştirakı hesabına insan kapitalını möhkəmləndirməyi planlaşdırır ki, bu da Azərbaycanda müasir peşə məktəblərinin tikintisinə və təkmilləşdirilməsinə, islahatların keçirilməsinə xidmət edəcək.

Bunu müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.

O qeyd edib ki, AİB-in prioritetləri sırasında regional suvarma şəbəkəsinin yenidən qurulması, kənd təsərrüfatı fəaliyyətinin fəallaşdırılması və ərzaq təhlükəsizliyinin təmin olunması yer alır.

K.Makdeyqan əlavə edib ki, 2021-ci ilin iyulunda AİB pandemiyanın sosial, iqtisadi sahələrdə fəsadlarının yumşaldılması üzrə kompleks planın reallaşdırılmasında kömək məqsədilə, eləcə də səhiyyə sahəsi üçün Azərbaycan hökumətinə 250 milyon dollar həcmində kredit təqdim edib.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et