Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) kredit ayrılması məsələsini müzakirə edəcək.
"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir.
5 fazada ayrılacaq bu vəsait ölkədaxili dəmiryolu infrastrukturunun yenilənməsi layihəsinin ilkin mərhələsi üçün nəzərdə tutulub. Söhbət Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasından gedir. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 23-25-də ADY-ni və Maliyyə Nazirliyini təmsil edən şəxslərdən ibarət nümayəndə heyəti bu layihə ilə bağlı danışıqlar aparmaq üçün Manilada (Filippin) səfərdə olub.