Asiya İnkişaf Bankı Azərbaycan ilə yeni əməkdaşlığını təsdiqləyib | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycan ilə yeni əməkdaşlığını təsdiqləyib

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bazar ertəsi Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasını təsdiqləyib. Bu barədə Trend-ə bankdan məlumat verilib. Strategiya 2014-cü ildən 2018-ci ilədək olan dövrü əhatə edir.

Bankın məlumatında bildirilir: "AİB-in Azərbaycana strateji yanaşması nəqliyyat, energetika, su və digər şəhər kommunikasiya və xidmətlərinin təmin olunması sahəsində infrastruktur layihələrin həyata keçirilməsindən ibarətdir. Səmərəli infrastruktur qeyri-neft sektorunun inkişafı üçün yeni imkanların yaradılması və mövcud olanların inkişaf etdirilməsinə, yeni bazarlara çıxışı genişləndirməyə, o cümlədən rayon mərkəzlərində və kənd yerlərində məhsuldarlıq göstəricilərini artırmağa imkan verir".

Ən sərfəli kredit üçün müraciət et

Strategiya Azərbaycan hökumətinin tərtib etdiyi iqtisadi inkişaf planları nəzərə alınmaqla hazırlanıb. Bundan başqa, AİB 2014-cü ildən 2017-ci ilə qədər olan dövrdə ölkəyə müxtəlif sahələrdə layihələrin reallaşdırılması üçün 752 milyon dollar vəsait ayıracaq.