Asiya birjalarında qızılın qiyməti bahalaşıb | Banco.az

Asiya birjalarında qızılın qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl həftəni müsbət qrafiklə başa vurmağa hazırlaşır.

Banco.az xəbər verir ki, cümə axşamı ABŞ-da açıqlanan məşğulluq göstəricilərindən sonra 1,1 faiz ucuzlaşan qızıl Asiya birjalarında bahalaşmağa başlayıb.

Məlumatlardan sonra istiqraz gəlirləri və dollar bahalaşaraq faizsiz qiymətli metala təzyiq göstərib.

Qeyd edək ki, Çindəki güclü virus dalğasına, həftənin əvvəlində istiqraz gəlirlərinin kəskin azalmasına, ABŞ və Avropa iqtisadiyyatlarının tənəzzülə doğru getməsinə baxmayaraq, qızıl həftəni cüzi yüksəlişlə bağlamağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Həftənin son ticarət günündə spot bazarda qızılın bir unsiyası 1840 dollar səviyyələrində satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et