Asiya birjalarında azalma baş verib | Banco.az

Asiya birjalarında azalma baş verib

Asiya – Pasifik regionunun fond birjalarında bu gün keçirilən hərraclar ABŞ birjalarındakı dünənki meyllərin təsirilə bir qədər azalma baş verib.

Şanqhayın “Shanghai Composite” fond birjasının indeksi 0,38 faiz azalaraq 3.312,5 bənddə, Şenjenin “Shenzhen Composite” birjasının indeksi 0,49 faiz azalaraq 2.242,24 bənddə, Koreyanın “KOSPI” birja indeksi 0,67 faiz azalaraq 2.355,05 bənddə, Yaponiyanın “Nikkei” indeksi 0,7 faiz azalaraq 23.474,27 bənddə, Avstraliyanın “S & P/ASX 200” indeksi 0,29 faiz azalaraq 6.173,8 bənddə qərarlaşdıqları halda Honq Konqun “Hang Seng” indeksi 0,13 faiz artaraq 24.786,13 bəndə çatıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampın müxalifətdəki demokratları iqtisadiyyata yeni dəstək planına dair güzəştə getməməkdə ittiham etməsi birjalarda dərhal mənfi yöndə əks-səda doğurub. Halbuki əvvəlki gün Nümayəndələr Palatası sədri Nansi Pelosi və maliyyə katibi Steven Mnuçin razılığa yaxınlaşdıqlarını açıqlamışdılar.

“Seçkilərə artıq lap az vaxt qalır və tərəflər hətta razılığa gəlsələr belə Senatın bunu rəvan şəkildə təsdiqlənəcəyi sual altındadır” – deyə “Union Bancaire Privee”nin (UBP) eksperti Antoni Çan (Anthony Chan) “Reuters”ə fikrini bildirərək tərəflərin irəli sürdükləri yardım planlarındakı həcm fərqlərinə də diqqət çəkib. Belə ki, prezident Tramp və respublikaçılar ÜDM-nin 9 faizinə yaxın hissəsi olan 1,88 trilyon dollar, Pelosi və demokratlar isə ÜDM-nin 10 faizi qədəri olan 2,2 trilyon dollar ayırmağı təklif edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya bazarında isə yenin məzənnəsinin artması ixracat baxımdan arzuolunmaz hal hesab etdiyinə görə iondekslərin azalmasına təkan verən amil oldu. Belə ki, çərşənbə günü yen 0,9 faiz bahalaşaraq 1 USD/1 JPY 104,56 səviyyəsinə qalxaraq bu gün 104,5 radələrində sabitləşib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et