Asiya birjaları artan risk iştahı ilə yüksəlib | Banco.az

Asiya birjaları artan risk iştahı ilə yüksəlib

ABŞ və Çin ticarət gərginliyində birinci mərhələ ticarət razılaşmasının imzalanması qlobal bazarlarda  "risk iştahı"nı artırıb. Asiyada səhmlər Cümə günkü əməliyyatlarda alışların artması ilə bahalaşıblar. 

Çində bu səhər açıqlanan məlumatlara görə, dördüncü rübdə iqtisadi artım proqnoza paralel reallaşıb. Çin iqtisadiyyatı dördüncü rübdə illik müqayisədə 6% artıb. 

Çinin sənaye istehsalı dekabr ayında illik müqayisədə 6.9% yüksəlib. Proqnoz 5.9% artım olacağı istiqamətində idi. Pərakəndə satışlar da proqnozların üzərində - illik müqayisədə 8% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Koreya Mərkəzi Bankı faizi dəyişdirməyərək 1.25% səviyyəsində sabit saxlayıb. 

Şanxay İndeksi, güclü Çin məlumatları ilə yüksəlib. Səhmlər Tokio, Seul və Sidneydə bahalaşıb.

Yaponiyanın Topix İndeksi,  0.4% yüksəlib

Şanxay İndeksi 0.5% yüksəlib.
Hong Kong Hnag Seng İndeksi 0.8% yüksəldikdən sonra dəyişməyib
Cənubi Koreya Kospi İndeksi 0.3 yüksəlib.
Avstraliyanın S&P/ASX 200 İndeksi, 0.5% yüksəlib/

marja

Ən sərfəli krediti almaq üçün müraciət et