ASB Bank maliyyə nəticələrini açıqladı | Banco.az

ASB Bank maliyyə nəticələrini açıqladı

Azərbaycan Sənaye Bankı 2015-ci ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb. Banco.az portalı Bankın maliyyə hesabatlarına istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ASB Bankın aktivlərinin həcmi 41% artaraq, 544,608  mln manat olmuşdur. Həmin dövr ərzində Bankın cəmi kredit portfelində də 40%-lik artım qeydə alınıb və portfelin həcmi 176, 811mln manata çatıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə ASB Bankın depozit portfelində 17%, məcmu kapitalında isə 3,6% artım müşahidə olunub. Rəqəmlərlə daha ətraflı diaqramda tanış ola bilərsiniz.

Ötən dövr ərzində Bankın cəmi faiz gəlirləri 22% artaraq, 5,908 mln təşkil edib. Faiz xərclərində isə artım cüzi  0,18% qeydə alınıb.  Ötən ildən fərqli olaraq, bank bu il qeyri-faiz əməliyyatlarında gəlirli ola bilməyib. Bunun da əsas səbəbi məzənnə dəyişməsi ilə əlaqədar olaraq.  Valyuta əməliyyatlarından bankın 2,958 mln manat zərərlə üzləşməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın qeyri - faiz xərcləri də azacıq artaraq, 2,090 mln manata çatıb.

Beləliklə, ASB Bank birinci rübü 1, 96 mln manat zərərlə başa vurub. Bu ötən ilin müvafiq dövründən 2,8 dəfə daha azdır.