ASB Bank-ın xalis mənfəəti 1,9 dəfə artıb | Banco.az

ASB Bank-ın xalis mənfəəti 1,9 dəfə artıb

“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 1 milyon 689 min manat qazanmışdı. Beləliklə, “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.

 

GƏLİRLƏRİ ARTIB

2019-cu ilin yanvar-mart dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 10 milyon 293 min manat, cəmi xərcləri 5 milyon 805 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 487 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətnin 549 min manatını ehtiyata ayırdığından və 731 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yrübündə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 8 milyon 90 min manat, cəmi xərcləri 6 milyon 25 min manat, əməliyyat mənfəəti 2 milyon 64 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 375 min manatını ehtiyata ayırdığından həm dövrü 1 milyon 689 min manat xalis mənfəət ilə bağlamışdı.

Müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 6 milyon 130 min manatdan 6 milyon 300 min manata, qeyri-faiz gəlirləri isə 1 milyon 960 min manatdan 3 milyon 993 min manata qalxıb.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” "Azərsun Holdinq"ə daxildir.

Marja