ASA sığorta savadlılığının artırılması üçün yeni layihəyə başladı - VİDEO | Banco.az

ASA sığorta savadlılığının artırılması üçün yeni layihəyə başladı - VİDEO

Azərbaycan Sığortaçılar Assosiasiyası ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni layihəyə start verib.

ASA-dan verilən məlumata görə, yeni video-layihənin başlıca məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır.

Məlumatda qeyd olunur ki, video-layihədə hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin olunur. Bütün bu proseslər video çəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qaşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir.

Qeyd edək ki, video-layihə üzrə hazırlanmış maairfləndirici çarxlar Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi “Youtube” səhifəsində mütəmadi olaraq yayımlanacaq.

Layihə çərçivəsində təqdim olunan ilk video-çarxı diqqətinizə çatdırırıq:

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et